Dolar 44,2163
Euro 50,9291
Altın 6.896,32
BİST 13.115,13
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul 9°C
Çok Bulutlu
İstanbul
9°C
Çok Bulutlu
Per 8°C
Cum 8°C
Cts 9°C
Paz 11°C

AKP-nin xarici siyasəti niyə uğur qazanmadı?

AKP-nin xarici siyasəti niyə uğur qazanmadı?
29/07/2013 22:49 | Son Güncellenme: 29/07/2013 22:50
A+
A-
Qardaş Türkiyə Cümhuriyyəti son zamanlar xeyli güclənsə də artıq müəyyən problemlər də yaşamaqdadır.

Bəzi ekspertlərin fikrincə Türkiyənin qlobal güc olma niyyəti artıq bir sıra aparıcı dövlətlərdə və təşkilatlarda qıcıqla qarşılanır və bunun əngəllənməsi üçün addımlar atılır. AKP-nin xarici siyasətdə bir sıra məsələlərdə uğursuzluğa düçar olmasının səbəblərini bu hökumətin aparıcı dövlətlərlə münasibətlərdə səhvlərə yol verməsi ilə əlaqələndirirlər. Bu səbəblərə görə də ərəb dövlətləri üçün Türkiyə modeli ideyasının baş tutmadığı bildirilir.

Bakuinfo.Az-ın məlumatına görə, Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Həsənli diqqətə çatdırıb ki, AKP on illik hakimiyyəti dövründə xaric siyasətində çox böyük səhvlər edib. Onun sözlərinə görə, ən böyük və fundamental səhv Ərdoğan hökumətinin Türk Dünyasına deyil, ərəblərə üz tutması idi: “Bu məsələdə baxmalıyıq ki, AKP hakimiyyətə necə gətirildi? Türkiyənin əvvəlki hökumətini necə iflasa uğratdılar? Dünya Bankının idarə heyətinin 5 üzvünün etnik mənşəyini öyrəndikdə, niyə həmin öz kapitalını geri çəkdiyini və Türkiyəni iqtisadi tənəzzülə uğratdığını aydınlaşdırmış olarıq. İqtisadi tənəzzül təbii ki siyasi uğursuzluğa, fəlakətə aparıb çıxaracaqdı. Yalnız AKP hökuməti (islam yönlü) Türkiyə xalqını inandıra bilərdi ki, ABŞ İraqa qoşun yeridirsə, Türkiyə bu məsələ iştirak etməməlidir”.

O bildirib ki, Türkiyə 2003-cü ildə Kərkükü sahibsiz qoyub. “Vaxtilə hava sərhəddini ABŞ üçün açıq elan edən Türkiyə hökuməti İraqa daxil olmamaqla Kərkük türkünü sahibsiz buraxdı. Nəticədə Mosul, Kərkük və s. türk şəhərlərinin kürdləşdirilməsi siyasəti başladı. Türkiyə iqtidarı üzdə anti-İsrail görüntüsü yaratmaqla öz xarici siyasətini əslində Türkiyənin maraqlarına qarşı çevirdi. Kürd və erməni “açılımları” siyasəti iflasa uğradı. AKP hətta Azərbaycanı itirmək təhlükəsi qarşısında qaldığını gördükdə, məcbur olub Ermənistanla danışıqlardan geri çəkildi. Osmanlı şüurundan hələ qurtulmayan kütlənin səsini almaqla özünə arxayınlaşdı. Amma anlamalıdr ki, inqilab etmək üçün elə də böyük kütləyə ehtiyac yoxdur. Baxmayaraq ki, biz bunu heç bir zaman arzulamırıq. Çünki inqilablar dövlətçiliyi zəiflədir. Türkiyə hökuməti üzünü türk ölkələrinə çevirməli idi. Osmanlı zamanında ingilisə satılıb türkü arxadan vuran ərəbə ümid etməyin heç bir siyasi əsası yoxdur. Vaxt var idi ki, Türkiyə rəsmisinin hər hansı bir bəyanatı İngiltərə, Fransa rəhbərliyində nəzərə alınırdı”.

O qeyd edib ki, Türkiyənin sözünün çəkisi o qədər yüngülləşib ki, öz daxilində PKK ilə bacara bilmir. “Bu gün Türkiyənin daxilində PKK hər gün güclənir və genişlənir. Bu da AKP-nin son on ildə apardığı uğursuz daxili və xarici siyasətin nəticəsidir. Düzdür, PKK AKP ilə yaranmayıb. Amma məhz AKP dövründə siyasi iddialarını gücləndirərək Türkiyə üçün kürd probleminin mövcudluq faktını onun qarşısına qoya bildi. Əlində silah olanların konkret iddiaları var ki, o iddialar Türkiyənin maraqları ilə toqquşur. Türkiyənin hazırki iqtidarı həmin qüvvələri məhv etmək əvəzinə onlarla danışıq aparıb siyasi səhnədə var olmalarını təmin etdi”.

S.Həsənli həmçinin vurğulayıb ki, Türkiyəni idarə edə biləcək qüvvə də hələ ki yoxdur. “Son “Gəzi Parkı” olaylarından sonra Ərdoğan tərəfdarları ilə keçirdiyi mitinqdə milliyətçi təsəvvürü yaratması da təsadüfi deyildi. Bu adam dondan-dona girməyi ustalıqla bacarır. Amma Türkiyənin bütövlüyünü qoruyub saxlayacaq qüvvə də hələ ki yoxdur. AKP olmazsa, koalisyon hökumətdən başqa alternativ görmürəm” – deyə

S.Həsənli bildirib.

/”Xalq Cəbhəsi” qəzeti/