Dolar 44,2976
Euro 51,3018
Altın 6.406,80
BİST 13.047,72
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul 9°C
Hafif Yağmurlu
İstanbul
9°C
Hafif Yağmurlu
Paz 10°C
Pts 10°C
Sal 11°C
Çar 12°C

Bakının qurtuluş günü ilə bağlı Türkiyə Şəhidliyi ziyarət olunub.

Bakının qurtuluş günü ilə bağlı Türkiyə Şəhidliyi ziyarət olunub.
15/09/2013 15:57 | Son Güncellenme: 15/09/2013 17:22
A+
A-

1918-ci il 15 sentyabr tarixində Bakının düşmən işğalından qurtuluş gününü qeyd etmək üçün Yeni Nəfəs Gənclər Təşkilatının təşkilatçılığı ilə ziyalıların, müxtəlif təşkilat nümayəndələrinin, gənclərin iştirakı ilə Türkiyə tür

Şəhidlik önünə güllər qoyulub, Şəhidlərin ruhuna dualaroxunduqdan sonra çıxış edən Seymur Həsənli bildirib ki,Türkiyənin şanlı tarixində Azərbaycan türklərinin rolu olduğu qədər, Türkiyə türklərinin də Azərbaycanın şanlı tarixində öz rolu olmuşdur. “1918-ci ildə Azərbaycanın müstəqilliyi Tiflisdə elan olunub sonradan Gəncəyə köçsə də, Bakı hələ də ingilis-rus-erməni işğalı altında idi. Bakının işğaldan azad edilməsində Türkiyə türklərinin əvəzsiz rolu olmuşdur. Bu sırada Ənvər paşanı, Nuru paşanı yad etməmək mümkün deyil. 28 may tarixində Tiflisdə elan olunan müstəqillik, indi Bakıda oturub Təbrizin müstəqilliyini elan etməyə bərabər bir hadisə idi”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət, Azərbaycan Milli Elmlər Akademiyasının alimi Babək Abışov, Dünya Azərbaycanlıları Konqresi daimi şurasının sədri Əjdər Tağızadə, İnam Ata Ocaqlarından İşıqlı Atalı, Qarabağ qazisi, “Mina Qurbanları Sosial-İqtisadi Problemlərin Həllinə Kömək” İctimai Birliyinin sədri Həsən Həsənov çıxış edərək Bakının qurtuluşunun əhəmiyyətindən bəhs ediblər. Onlar bəzi şəxslərin bilərəkdən Bakının qurtuluşunda Türkiyə türklərinin rolunu azaltmağa çalışdığını, bununla Azərbaycan və Türkiyə arasına mənfi toxumlar səpməyə çalışdığını diqqətə çatdırıblar.
Ziyarətdə Bütöv Azərbaycan Ocaqlarının, Uluslararası Güney Azərbaycan Konseyinin, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin və digər təşkilatların nümayəndələri də qatılıb.
Sonda xatirə şəkilləri çəkilib, tarixi məsələlərdə ictimai təşəbbüslərin daha da gücləndirilməsinin mühümlüyü bildirilib.
yenixeber